18 avqust 2025 21:50
80

Ukraynada prezident seçkiləri keçirməyə hazıram - Zelenski

Ukrayna Prezidenti Volodimir Zelenski ölkədə prezident seçkiləri keçirməyə hazır olduğunu bildirib.

“İki sahil” xəbər verir ki, bunu Ukrayna lideri Ağ Evdə amerikalı həmkarı Donald Trampla görüşündə deyib.

Lakin Zelenskinin fikrincə, bunun üçün döyüş əməliyyatlarının dayandırılması lazımdır.

"Biz bunu təhlükəsizliyimizin təmin edildiyi şəraitdə etməliyik. Açıq demokratik seçkilər keçirmək üçün atəşkəs lazımdır", - Ukrayna Prezidenti vurğulayıb.