18 avqust 2025 23:17
124

Ukraynaya ilk növbədə silah, canlı qüvvə, təlim və kəşfiyyatdan ibarət güclü ordu lazımdır - Zelenski

“Ukrayna Prezidenti Volodimir Zelenski təhlükəsizlik təminatı baxımından ölkəsinin hər şeyə ehtiyac duyduğunu deyib”.

“İki sahil” xəbər verir ki, bu sözləri o, Ağ Evdə Donald Trampla görüş zamanı bildirib.

Onun sözlərinə görə, Ukraynaya ilk növbədə silah, canlı qüvvə, təlim və kəşfiyyatdan ibarət güclü ordu lazımdır.

Ukrayna lideri əlavə edib ki, bütün bunlar ABŞ və digər böyük ölkələrdən asılı olacaq.