Avqustun 18-də Zəngilan rayonunun Ağalı kəndində sürücü avtomobillə adamı qəsdən vurub öldürüb.
Kənd sakini, 1971-ci il təvəllüdlü Elman Zeynalov işlədiyi avtoyuma məntəqəsinin qarşısında “Ford Tranzit” markalı yük maşını ilə vurulub və xəstəxanaya aparılarkən yolda həyatını itirib.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən sürücü, 1980-ci il təvəllüdlü Elçin Abdullayev saxlanılaraq istintaqa təqdim olunub.
İlkin məlumata görə, hadisə qəsdən və şəxsi münasibətlər zəminində baş verib. Faktla bağlı araşdırmalar davam etdirilir.
Trend
Azərbaycanın rəqəmsal arxitekturası: Yeni tənzimləmə strategiyası və institusional sıçrayış
Mətbuat Şurasında əməkdar jurnalist Faiq Qismətoğlunun 70 illiyi qeyd edilib - FOTO