20 avqust 2025 01:27
194

Psixoloq Tsvetkov daimi akademik iş yükünün uşaqlara zərəri barədə xəbərdarlıq edib

Gündəlik uzun akademik iş yükü uşağın orqanizminə mənfi təsir göstərir. Bunu “Rossiya 24” telekanalının efirində rusiyalı klinik psixoloq Roman Tsvetkov deyib.

Mütəxəssis qeyd edib ki, daimi iş yükündən yaranan stress uşaqda ciddi inkişaf pozuqluqlarına səbəb ola bilər.

"Həddindən artıq akademik iş yükü və daimi stress uşaqda neqativlik yaradır, eyni zamanda onun beyin inkişafına mənfi təsir göstərir. Bu, sevimli fənlərə, oxumağa motivasiyanın azalmasıdır", - psixoloq izah edib.

Tsvetkov Rusiyada məktəblilər üçün ev tapşırıqlarının ləğvi ideyasını çox müdrik hesab etdiyini və bu məsələyə yenidən baxılmasının uşaqlara və cəmiyyətə müsbət təsir edəcəyini vurğulayıb.

Xatırladaq ki, Rusiyada səlahiyyətlilər məktəblərdə ev tapşırıqlarının ləğvi və ya islahatını müzakirə etmək niyyətindədirlər.

Nubar Süleymanova, “İki sahil”