Sosial şəbəkədə narkozda olan qadının uyğunsuz vəziyyətdə görüntülərinin yayılması ilə bağlı Baş Prokurorluqda araşdırma aparılır.
“İki sahil” xəbər verir ki, araşdırmanın nəticələrinə uyğun sözügedən məsələ ilə bağlı tədbirlər görüləcək.
Qeyd edək ki, sosial şəbəkədə Bakının Nərimanov rayonunda yerləşən klinikaların birində çalışan Abdullayeva Gülbədənin narkozda olan qadını uyğunsuz vəziyyətdə çəkib paylaşdığı barədə videolar yayılıb. Onun əvvəllər saç ustası olduğu, lisenziyasız fəaliyyət göstərdiyi iddia edilir.
Azərbaycanın rəqəmsal arxitekturası: Yeni tənzimləmə strategiyası və institusional sıçrayış
Mətbuat Şurasında əməkdar jurnalist Faiq Qismətoğlunun 70 illiyi qeyd edilib - FOTO