20 avqust 2025 13:55
64

Rusiyanın Çinə qaz nəqli 7 ayda 21% artıb

Yanvar-iyul aylarında Rusiya Çinə 5,69 milyard dollar dəyərində boru kəməri qazı tədarük edib.

“İki sahil” xəbər verir ki, bu barədə TASS Çinin Baş Gömrük İdarəsinin (GAC) məlumatlarına istinadla məlumat yayıb.

Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 21,3% çoxdur.

Qeyd olunan enerji mənbəyinin Çinə tədarükündə Rusiya liderdir. Türkmənistan Çinə boru kəməri qazının ikinci ən böyük tədarükçüsü olub (yeddi ay ərzində ixrac 12,7% azalaraq 4,95 milyard dollara düşüb). İlk beşliyə həmçinin Myanma (922 milyon dollar), Qazaxıstan (600 milyon dollar) və Özbəkistan (460 milyon dollar) daxildir.

GCA-nın məlumatına görə, Çin bütün 2024-cü ildə 21,1 milyard dollar dəyərində boru kəməri qazı idxal edib. İllik ifadədə artım 8,6% təşkil edib. Ötən il Rusiyadan tədarüklər 25% artaraq 8,03 milyard dollara çatıb.