21 avqust 2025 08:06
66

ABŞ və Avropa ölkələri Kiyevə təhlükəsizlik zəmanətlərinin verilməsini müzakirə edəcək

ABŞ Dövlət katibi Marko Rubio avqustun 21-də Avropa ölkələrindən və Ukraynadan olan milli təhlükəsizlik məsləhətçiləri ilə görüş keçirəcək, burada Kiyevə təhlükəsizlik zəmanətlərinin verilməsi müzakirə olunacaq.

“İki sahil” xəbər verir ki, bu barədə "New York Times" (NYT) qəzeti mənbələrə istinadən məlumat yayıb.

Bildirilib ki, ABŞ Prezidentinin milli təhlükəsizlik məsləhətçisi vəzifəsini müvəqqəti icra edən Rubio həmkarları ilə "həssas diplomatik danışıqlar" aparacaq. Bu danışıqlarda Ukraynaya təhlükəsizlik zəmanətlərinin necə verilə biləcəyi müəyyən ediləcək.

Vaşinqtonun bu cür təminatlarına Avropa əməliyyatları üçün hava dəstəyi və ya kəşfiyyat yardımı vədi də daxil ola bilər. Bundan əlavə, Amerika qüvvələri Ukraynadakı missiyaları dəstəkləmək üçün Qara dənizə yerləşdirilə bilər.