21 avqust 2025 08:11
66

Aleksandar Vuçiç: Dövlət orqanlarında dəyişikliklər olacaq

“Tezliklə dövlət orqanlarında dəyişikliklər olacaq və biz davranış taktikasını dəyişəcəyik”.

“İki sahil” xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandar Vuçiç deyib.

“Biz fərqli şəkildə müəyyən tədbirlər görməyə başlayacağıq. Davranışda, dövlət orqanlarına aid müxtəlif məsələlərdə taktika dəyişikliyini görəcəksiniz. Həmçinin, sentyabrın 1-dən etibarən vətəndaşlara dəstək üçün yeni tədbirlər açıqlanacaq”, - deyə Serbiya Prezidenti qeyd edib.

Ölkədəki nümayişlər barədə danışan Aleksandar Vuçiç bildirib ki, indiyədək paytaxt Belqradda, eləcə də ölkənin müxtəlif bölgələrində 15 minədək etiraz aksiya keçirilib.

Qeyd edək ki, ötən gün Serbiyanın 50-dək bölgəsində isə hökumət tərəfdarları aksiyalar keçirib.