Gəncə Memorial Kompleksində Vətən müharibəsi dövrü şəkillər və videolar vaaitəsilə geniş işıqlandırılacaq.
“İki sahil” xəbər verir ki, bunu Prezidentin izi ilə Gəncə Memorial Kompleksinə təşkil olunan mediatur çərçivəsində jurnalistlərə açıqlamasında Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin İşğaldan azad olunmuş ərazilərdə layihələrin idarə edilməsi şöbəsinin müdir müavini Ramil Cahangirov deyib.
O bildirib ki, Kompleksdə mülki әhaliyə qarşı törәdilmiş cinayәtlәrlə bağlı ekspozisiya, həmçinin dağıdılmış binaların yerlәri ziyarәtçilәrә nümayiş etdirilәcәk:
"Gәncә Memorial Kompleksi 4 hektar ərazidə inşa olunub. Tikinti işləri yekun mərhələdədir. Burada xüsusi yaşıllaşdırma işləri də aparılır. 44 günlük Vətən müharibəsində Ermənistan ordusunun mülki əhaliyə qarşı törətdiyi cinayətləri özündə əks etdirəcək Kompleks raket zәrbәlәrinә mәruz qalmış yaşayış binalarının vә keçmiş parkın yerlәşdiyi ərazidə yaradılır.
Kompleksdə ikimәrtәbәli muzey binası və sәrgi zalı olacaq. Burada mülki әhaliyə qarşı törәdilmiş cinayәtlәrlə bağlı ekspozisiya, həmçinin dağıdılmış binaların yerlәri ziyarәtçilәrә nümayiş etdirilәcәk. Eyni zamanda, Azərbaycanın mülki əhalisinə qarşı törədilmiş cinayətlər əksini tapacaq. Vətən müharibəsi dövrü həmin muzeydə həm şəkillər, həm də videolar vasitəsilə geniş işıqlandırılacaq”.
Mətbuat Şurasında əməkdar jurnalist Faiq Qismətoğlunun 70 illiyi qeyd edilib - FOTO
Azərbaycan oxucularına Birinci Türkoloji Qurultaya həsr olunmuş monoqrafiya təqdim edilib