Baş Prokurorluq Laçında “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda beynəlxalq konfrans keçirir.
“İki sahil” xəbər verir ki, konfransda Baş prokuror Kamran Əliyev, MDB-yə üzv dövlətlərin Baş Prokurorlarının Əlaqələndirmə Şurasının icraçı katibi Yuri Nikolayeviç Jdanov və onun müavini Abduraxmon Xotambekov, Türkiyə Ali Məhkəməsinin Baş Prokurorluğunun prokurorları Ahmet Gökay Aktaş və Mustafa Yakar, eləcə də Gürcüstan Baş Prokurorluğunun Beynəlxalq əməkdaşlıq idarəsinin prokuroru Temur Tsindeliani və digər qonaqlar iştirak edirlər.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin 28 dekabr 2024-cü il tarixli Sərəncamı ilə 2025-ci il ölkədə “Konstitusiya və Suverenlik İli” elan edilib.
Otuz il əvvəl qətl törətməkdə təqsirləndirilən şəxslər barəsində cinayət işi məhkəməyə göndərilib
Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsi davam etdirilib
Tarixi və mərkəzi ərazilərdə reklam yerləşdirilməsinə xüsusi tələblər tətbiq olunur