Çinin üç ən böyük neft şirkətindən biri olan Çin Neft-Kimya Korporasiyası (Sinopec), cümə axşamı Çinin mərkəzi hissəsindəki Hubey əyaləti ilə Çonqinq Bələdiyyəsinin qovşağında yerləşən yataqda 165 milyard kubmetrdən çox sübut edilmiş şist qazı ehtiyatının aşkar edildiyini açıqlayıb.
Bu sahədə şist qazı ehtiyatları 3300 -5500 metr arasında olan dərinliklərdə aşkar edilmişdir. “Sinopec”ə görə, geoloji struktur mürəkkəbdir və bu, kəşfiyyat və işlənmə baxımından əhəmiyyətli problemlər yaradır.
Honqsin adlanan bu şist qaz yatağında texnoloji innovasiya ilə artıq ilkin 89000 kubmetr hasilatın ardından bir quyudan sutkada 323500 kubmetr sınaq hasilatına nail olub.
Hazırda “Sinopec” ehtiyatları 1 trilyon kubmetrdən çox olan bir şist qazı yatağı- Çonqinqdəki Fulinq şist qazı yatağı və Honqsin yatağı da daxil olmaqla, hər birinin ehtiyatı 100 milyard kubmetrdən çox olan dörd daha kiçik və dərin şist qazı yatağına malikdir.
Nubar Süleymanova, “İki sahil”