21 avqust 2025-ci il tarixində SOCAR-ın prezidenti Rövşən Nəcəf Çin Milli Kimya Mühəndisliyi və İnşaat Korporasiyasının (CC7) İdarə Heyyətinin sədri Long Haiyangın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
“İki sahil” xəbər verir ki, görüşdə SOCAR-ın enerji sektoru üzrə fəaliyyət istiqamətləri, Azərbaycanda və xarici ölkələrdə həyata keçirdiyi strateji layihələr barədə məlumat verilib. Azərbaycan və üçüncü ölkələrdə neft və neft-kimya sənayesi sahəsində mümkün əməkdaşlıq imkanları müzakirə edilib.
Qeyd edək ki, CC7 Çinin ən böyük EPC podratçılarından biri olan CNCEC-in törəmə şirkətidir. 1964-cü ildə əsası qoyulmuş və baş ofisi Çenqdu şəhərində yerləşən CC7 Asiya, Yaxın Şərq və Afrikada kimya və qeyri-kimya sektorlarında fəaliyyət göstərir.
SOCAR-ın prezidenti “Wison Engineering Ltd” şirkətinin baş icraçı direktoru ilə görüşüb
Bakı Ali Neft Məktəbi vakant kafedra müdiri vəzifələrinin tutulması üçün müsabiqə elan edir