Ermənistan avqustun 8-də imzalanmış Vaşinqton Bəyannaməsinə uyğun olaraq Azərbaycanla nəqliyyat kommunikasiyalarının açılmasına fəal şəkildə hazırlaşır.
“İki sahil” xəbər verir ki, bu barədə Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri David Xudatyan “Armenpress”ə bildirib.
Onun sözlərinə görə, Ermənistan təkcə maraq göstərmir, həm də Azərbaycan və Türkiyə ilə iqtisadi əməkdaşlığın qurulmasına hazırdır.