24 avqust 2025 20:43
106

Pirsaat çayında batan 3 nəfərin meyiti sudan çıxarılıb

Pirsaat çayının Qobustan rayonunun Poladlı kəndindən keçən hissəsində 3 nəfər batıb.

İki sahil” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

Qeyd edilib ki, "112" qaynar telefon xəttinə daxil olan məlumatla əlaqədar Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri axtarışlara cəlb olunublar.

Həyata keçirilən tədbirlər nəticəsində batan şəxslərin meyitləri sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.