24 avqust 2025 21:09
98

Sərsurə kəndində ev yanıb

İsmayıllı rayonunun Sərsurə kəndində ümumi sahəsi 77 m² olan birmərtəbəli 4 otaqlı evin, bitişik sahəsi 70 m² olan talvarın, sahəsi 150 m² olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları, yaxınlıqdakı sahəsi 70 m² olan tövlənin dam örtüyü və damına yığılan 8 ton ot bağlaması yanıb.

İki sahil” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

Qeyd edilib ki, ot bağlamalarının qalan hissəsi və yaxınlıqdakı evlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.