Amerikalı sahibkar İlon Maskın "xAI" və "X" şirkətləri "Apple Inc." və "OpenAI"ni sözləşməkdə və haqsız rəqabətdə ittiham edərək məhkəməyə veriblər.
“İki sahil” "Bloomberg"ə istinadla xəbər verir ki, məhkəməyə təqdim edilən iddia ərizəsində bildirilir ki, "Apple" şirkətinin "OpenAI" tərəfindən hazırlanmış "ChatGPT" tətbiqini "iPhone" telefonlarının əməliyyat sisteminə inteqrasiya etmək qərarı azad rəqabətə xələl gətirir və istehlakçıları seçim hüququndan məhrum edir.
"OpenAI" iddiaları rədd edərək, onları "Maskın hücumlarının davamı" adlandırıb. "Apple" şirkəti hələlik vəziyyətlə bağlı şərh verməyib.