26 avqust 2025 09:26
382

Bəzi ərazilərdə qaz olmayacaq

Bakının iki rayonunda bəzi ərazilərin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

“İki sahil” xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.

Bildirilib ki, Əhmədli qəsəbəsi, Şahin Səmədov küçəsində yeni çəkilmiş qaz xəttinin mövcud şəbəkəyə birləşdirilməsi və Sabunçu rayonu, Pirşağı qəsəbəsində qaz xəttinin yerinin dəyişdirilməsi ilə əlaqədar bu gün saat 10:00-dan işlər yekunlaşanadək qaz təchizatı dayandırılacaq.

Təmir-quraşdırma işləri aparılan müddətdə Xətai rayonu, Əhmədli, Həzi Aslanov qəsəbələrinin, Ş.Səmədov, K.Kərimov, M.Davud küçələrinin və Sabunçu rayonu, Pirşağı qəsəbəsinin qaz təchizatında fasilə yaranacaq.