Sosial şəbəkələrdə iki yeniyetmə arasında baş vermiş insidentin – birinin digərini bulinqə məruz qoymasını əks etdirən görüntülər yayılıb.
“İki sahil” xəbər verir ki, DİN Mətbuat Xidmətinin əməkdaşı Cəsarət Qənbərli "Report"un yerli bürosuna bildirib ki, həmin görüntülər polis əməkdaşları tərəfindən araşdırılıb.
Tədbirlərlə hadisədə iştirak edən yetkinlik yaşına çatmayan şəxs müəyyən edilərək valideyni ilə birlikdə polis orqanına dəvət olunub və izahatları alınıb.
Hazırda faktla bağlı istintaq araşdırmaları davam etdirilir və nəticədən asılı olaraq məsələyə hüquqi qiymət veriləcəkdir.
FHN Dövlət Yanğın Nəzarəti Xidməti dənli və texniki bitkilərin yanğın təhlükəsizliyini diqqətdə saxlayır
Sosial şəbəkələrdə uşaqların hüquqlarının qorunmasına dair cərimələr son oxunuşda qəbul edilib