26 avqust 2025 14:56
112

Misir Qəzza zolağı ilə sərhədlərini möhkəmləndirir

Misir Qəzza zolağı ilə sərhədini möhkəmləndirir.

“İki sahil” xəbər verir ki, bu barədə Yaxın Şərq KİV-ləri məlumat yayıb.

Buna səbəb İsrailin şəhər üzərində nəzarəti ələ keçirmək planları ilə bağlı bəyanatları olub.

Məlumata görə, Qahirə fələstinlilərin Qəzzanın şimalından cənuba kütləvi təxliyəsinin sərhəddə xaosa səbəb olacağından ehtiyat edir. Misir hakimiyyəti, həmçinin İsrail Müdafiə Qüvvələrinin quru əməliyyatının fələstinlilərin kütləvi şəkildə sərhədi keçərək Misirə qaçmasına səbəb ola biləcəyindən narahatdır.

Bəzi mənbələr bildiriblər ki, Qahirə Qəzza sakinlərinin Misirə mümkün köçünü humanitar böhrana səbəb ola biləcək potensial milli təhlükəsizlik təhdidi kimi qiymətləndirir.