27 avqust 2025 17:09
104

Almaniyada Milli Təhlükəsizlik Şurası yaradılır

 Almaniya Federal Nazirlər Kabineti Kanslerin sədrliyi altında fəaliyyət göstərəcək Milli Təhlükəsizlik Şurasının yaradılmasını təsdiqləyib.

“İki sahil” xəbər verir ki, bu barədə Almaniya Nazirlər Kabinetinin məlumatında deyilir.

Yeni qurum daxili, xarici, iqtisadi və rəqəmsal təhlükəsizlik sahəsində təcrübə və bilikləri birləşdirərək daha səmərəli koordinasiya və qərar qəbulunu təmin etməlidir.