Azərbaycanla sülh müqaviləsi imzalamaq üçün görüləcək işlər var.
“İki sahil” xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ölkənin İctimai Televiziyasına müsahibəsində deyib.
"Biz demirik ki, saziş imzalanıb. Bəli, paraflanıb, tədbirlər görüləcək, amma güman edirəm ki, imzalanma və ratifikasiyanın sonrakı mərhələləri hətta çəkisinə görə paraflamanı da keçə bilməyə bilər. Hələ çox görüləsi işlər var. Sülh müqaviləsində bir ölkə üçün yaxşı və mahiyyət etibarı ilə başqa bir ölkə üçün pis olacaq heç bir müddəa yoxdur".