07 sentyabr 2025 08:16
116

Çin "Yaoqan-40" peyklərinin üçüncü qrupunu uğurla orbitə çıxarıb

Çin "Yaoqan-40" məsafədən zondlama peyklərinin üçüncü qrupunu orbitə çıxarıb.

“İki sahil”in Çinin Aerokosmik Elm və Texnologiya Korporasiyasına istinadla verdiyi xəbərə görə, buraxılış uğurlu olub.

Məlumata görə, buraxılış Pekin vaxtı ilə saat 00:34-də (Bakı vaxtı ilə 20:34 - red.) şimaldakı Şansi əyalətindəki Tayyuan kosmodromundan həyata keçirilib. Peyklər orbitə CZ-6A ("Çançjen-6-ey") raketi ilə çatdırılıb. Bu, "Çançjen" seriyası daşıyıcıları üçün 593-cü buraxılış olub.

"Yaoqan-40" peykləri elektromaqnit mühitini öyrənmək və müvafiq təcrübələr aparmaq üçün nəzərdə tutulub.