01 sentyabr 2025 14:30
337

“SOCAR Türkiyə” Çayağzı Kompleksini istifadəyə verdi - FOTO

“SOCAR Türkiyə” əməkdaşları və onların ailələri üçün sosial layihə olaraq yenidən qurulan Çayağzı Kompleksinin açılışını edib. Tədbir zamanı “SOCAR Türkiyə”nin qrup şirkətlərindən Petkim-in 60 illik yubileyi də böyük coşqu ilə qeyd olunub.

Açılış mərasimində SOCAR-ın vitse-prezidenti Anar Məmmədov, SOCAR-ın Aparat rəhbəri Hafiz Zeynalov, “SOCAR Türkiyə”nin baş icraçı direktoru Elçin İbadov və “SOCAR Türkiyə”ni neft emalı və neft-kimya biznes vahidinin rəhbəri və “Petkim”in baş direktoru Kənan Mirzəyev çıxış ediblər.

“Petkim”in 60 illik uğur yolu

Mərasimdə çıxış edən natiqlər Petkim-in 60 illik inkişaf yolunu qürurla xatırladıqlarını, bu uğurların əldə edilməsində əməkdaşların həmrəyliyi və fədakarlığının əsas rol oynadığını xüsusi vurğulayıblar. Qeyd olunub ki, “Petkim”in 60 illik tarixi yalnız istehsal gücü ilə deyil, həm də əməkdaşların birliyi, fədakarlığı və peşəkarlığı ilə yazılıb. “Petkim”in 60 illik uğur yolunun əsas dayağı “SOCAR Türkiyə” əməkdaşlarının zəhməti və şirkətin ailə birliyidir.

Birlik və həmrəyliyi gücləndirən mərkəz

Natiqlər vurğulayıb ki, bu məkan yalnız istirahət deyil, həm də birlik və həmrəyliyi gücləndirən bir mərkəz olacaq. Çayağzı Kompleksinin yenidən istifadəyə verilməsinin isə "SOCAR Türkiyə" ailəsinə minnətdarlıq jesti olmaqla yanaşı, gələcəyə ortaq dəyərlərlə irəliləmək baxımından da mühüm addım olduğu diqqətə çatdırılıb. Çayağzı Kompleksi isə həmin dəyərlərin davamı olaraq, əməkdaşlarımız və onların ailələri üçün yeni imkanlar yaradır. Çayağzı Kompleksinin yenidən istifadəyə verilməsi, əməkdaşlara və onların ailələrinə bir təşəkkür mahiyyəti daşıyır.

Həm sosial layihə, həm də əməkdaşlara və onların ailələrinə diqqət

Tamamilə yenilənmiş Çayağzı Kompleksi əməkdaşların sosial rifahını gücləndirmək və onların ailələri üçün dəyərli istirahət mərkəzi kimi nəzərdə tutulub. Burada həm gündəlik istirahət, həm də müxtəlif tədbirlər üçün geniş imkanlar yaradılıb. 50 min kvadratmetr ərazini əhatə edən Çayağzı Kompleksi aşağıdakı imkanlarla əməkdaşların istifadəsinə təqdim olunur. Burada müasir restoran və iaşə məkanları, təxminən 250 metr uzunluğunda, 100 şezlonq tutumlu çimərlik zonası, 300 nəfərlik piknik sahəsi, 6.000 m² gəzinti yolları, 26.500 m² yaşıllıq sahəsi, 2.000 nəfərlik konsert və tədbir sahəsi, uşaq parkı, tennis kortu və basketbol meydançası, həmçinin alış-veriş və əyləncə zonaları fəaliyyət göstərəcək. Çayağzı Kompleksinin yenidən istifadəyə verilməsi “SOCAR Türkiyə” üçün sosial layihə olmaqla, həm də əməkdaşlara və onların ailələrinə diqqət və etimadın göstəricisidir.

Çıxışlarda da qeyd olunduğu kimi, bu addım şirkətin gələcək fəaliyyətində ortaq dəyərləri qorumaq və möhkəmləndirmək istiqamətində mühüm simvolik əhəmiyyət daşıyır. Çayağzı Kompleksi bundan sonra əməkdaşlar və onların ailələri üçün “birlik, həmrəylik və paylaşım məkanı” olaraq fəaliyyət göstərəcək.

Orxan Vahidoğlu, “İki sahil”