"Flamenqo" komandasının rəhbərliyi BMT-yə petisiya göndərərək, komandanın azarkeşlərini ayrıca simvolik-mədəni millət kimi tanımağı xahiş etdi.
“İki sahil” xəbər verir ki, bu barədə Braziliya futbol klubunun saytında məlumat yayılıb.
"Flamenqo"nun veteranı Ziko məsələ ilə bağlı bəyanatla çıxış edib:
"Əgər biz ölkə olsaydıq, əhalisinin sayına görə 36-cı dövlət olardıq. Biz bir bayraq, bir mədəniyyət və nəsildən-nəslə keçən hisslə birləşmiş 45 milyondan çox insanıq. "Flamenqo" sadəcə klub deyil, o millətdir".
Qeyd edək ki, "Flamenqo" yeddiqat Braziliya çempionu və üçqat Libertadores Kubokunun qalibidir.
Azərbaycan idmançıları 2025-ci ildə beynəlxalq turnirlərdə 2113 medal qazanıblar