İspaniyanın "Real" klubu "Tottenhem"in (İngiltərə) müdafiəçisi Miki van de Veni transfer etmək niyyətindədir.
“İki sahil” xarici KİV-ə istinadən xəbər verir ki, Hotspur təmsilçisi 24 yaşlı niderlandlı futbolçu üçün təxminən 80 milyon avro tələb edir.
2024/2025 mövsümündə Van de Ven bütün turnirlərdə meydana çıxdığı 22 matçda 2 məhsuldar ötürmə edib. Onun müqaviləsinin müddəti 2029-cu ilin yayına qədərdir.
Qeyd edək ki, "Transfermarkt" oyunçunun dəyərini 50 milyon avro qiymətləndirir.
Azərbaycan idmançıları 2025-ci ildə beynəlxalq turnirlərdə 2113 medal qazanıblar