Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə 9-11 sentyabr tarixlərində cənub regionunun Xəzər sahilində yerləşən rayonlarına infotur təşkil edilib.
“İki sahil” xəbər verir ki, Astara, Lənkəran və Neftçala rayonlarını əhatə edən infoturda Azərbaycanda fəaliyyət göstərən 30 turizm şirkətinin nümayəndələri və səyahət blogerləri iştirak ediblər.
İnfoturun əsas məqsədi qeyd olunan rayonlarının turizm imkanlarının geniş şəkildə təbliğ olunması, son illərdə turizm sahəsində aparılan işlərin nümayiş etdirilməsi, eyni zamanda yeni turizm destinasiyalarının tanıdılmasıdır.
İnfotur çərçivəsində Hirkan Milli Parkına, bambuk plantasiyasına, Sım kəndinə, balıqçılıq, çay və sitrus təsərrüfatlarına, yeni istifadəyə verilmiş turizm müəssisələrinə səfər edilib.
Həmçinin iştirakçılar regionun yerli mətbəx nümünələri, müalicə turizmi və aqroturizm imkanları ilə tanış olublar.
Tərəflər əməkdaşlığın perspektiv istiqamətləri üzrə fikir mübadiləsi aparıblar
"Şimal-2"də 026-ci ilin sentyabr ayınadək 21,1 milyard kilovat/saat elektrik enerjisi hasil olunub
Bu gün Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası ixrac olunacaq