Sentyabrın 11-də Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə Yaponiyanın paytaxtı Tokio şəhərində ölkəmizin turizm potensialının tanıdılması məqsədilə şəbəkələşmə tədbiri təşkil olunub.
“İki sahil” xəbər verir ki, tədbirə media qurumlarının, turizm agentliklərinin, eləcə də “All Nippon Airways (ANA)” və “Qatar Airways” kimi beynəlxalq aviaşirkətlərin nümayəndələri daxil olmaqla, 60-dan çox iştirakçı qatılıb.
Proqram çərçivəsində media və turizm sənayesi nümayəndələri üçün Azərbaycanın turizm potensialı haqqında təqdimat keçirilib.
Tədbir zamanı B2B formatlı görüşlərdə yerli və beynəlxalq tərəfdaşlarla əməkdaşlıq imkanları müzakirə olunub.
Tərəflər əməkdaşlığın perspektiv istiqamətləri üzrə fikir mübadiləsi aparıblar
"Şimal-2"də 026-ci ilin sentyabr ayınadək 21,1 milyard kilovat/saat elektrik enerjisi hasil olunub
Bu gün Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası ixrac olunacaq