Xalq artisti, Dövlət Mükafatı laureatı Hacı Murad Yagizarov vəfat edib.
“İki sahil” xəbər verir ki, bununla bağlı Xalq yazıçısı Natiq Rəsulzadə sosial şəbəkə hesabında məlumat verib.
O qeyd edib ki, M.Yagizarov uzun sürən xəstəlikdən sonra bu gün Almaniyada vəfat edib.
Xatırladaq ki, Hacı Murad Hacı Əhməd oğlu Yagizarov 18 iyul 1939-cu ildə Bakıda anadan olub.
O, "Arşın mal alan", "Ulduz", "Uzaq sahillərdə", "Ögey ana", "Bir cənub şəhərində" və s. filmlərdə unudulmaz obrazlar yaradıb.
Seyid Əzim Şirvaninin anadan olmasının 190 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
Sumqayıtda Şuşa Bəyannaməsinin ildönümü və Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilib