Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 6 min 723,7 ton qaymaq və xama istehsal edilib.
“İki sahil” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 0,4 % çoxdur.
Hesabat dövründə ölkədə pendir və kəsmik istehsalı illik müqayisədə 3,5 % azalaraq 35 min 299,2 tona çatıb.
Sentyabrın 1-nə respublikada 0,2 ton qaymaq və xama ehtiyatı, 177,3 ton isə pendir və kəsmik ehtiyatı yaranıb.
Qeyd edək ki, hesabat dövründə Azərbaycanda 3 milyard 408,9 milyon manatlıq qida məhsulları istehsal edilib ki, bu da illik müqayisədə 10,8 % çoxdur.
Tərəflər əməkdaşlığın perspektiv istiqamətləri üzrə fikir mübadiləsi aparıblar
"Şimal-2"də 026-ci ilin sentyabr ayınadək 21,1 milyard kilovat/saat elektrik enerjisi hasil olunub
Bu gün Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası ixrac olunacaq