Azərbaycanda zəlzələ risklərinə dair sığorta modelinin test mərhələsindədir.
“İki sahil” xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Vüsal Qurbanov Türk Dünyası Sığorta Birliyinin ilk Assambleyasında deyib.
Onun sözlərinə görə, Azərbaycanda zəlzələ üzrə sığorta mexanizminin qurulması üçün zəlzələ xəritələrinin və risk modellərinin mövcudluğu vacibdir:
"Bu istiqamətdə Türkiyə ilə əməkdaşlıq edirik. Türkiyədə artıq tətbiq olunan modelləmə əsasında Azərbaycan üçün xüsusi model hazırlanıb. Hazırda bu model test mühitində izlənilir. Model Azərbaycan üzrə baş verəcək hər hansı zəlzələ riskinin iqtisadi və maddi təsirlərini ölçməyə imkan verəcək və həm dövlət, həm də sığorta şirkətləri üçün riskin daha düzgün qiymətləndirilməsini təmin edəcək".
Tərəflər əməkdaşlığın perspektiv istiqamətləri üzrə fikir mübadiləsi aparıblar
"Şimal-2"də 026-ci ilin sentyabr ayınadək 21,1 milyard kilovat/saat elektrik enerjisi hasil olunub
Bu gün Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası ixrac olunacaq