Görüş çərçivəsində Keyfiyyət informasiya sisteminin “Mənşə sertifikatı” alt modulundan istifadənin ixracatçılar üçün yaratdığı üstünlüklərdən bəhs edilib.
Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyində ixrac fəaliyyəti ilə məşğul olan sahibkarlıq subyektlərinin nümayəndələri ilə növbəti maarifləndirici görüş keçirilib.
Sumqayıt, Xırdalan, Xızı və Siyəzən şəhərlərində fəaliyyət göstərən 30-a yaxın sahibkarlıq subyekti nümayəndəsinin qatıldığı tədbirdə Keyfiyyət informasiya sistemində “Mənşə sertifikatı” alt modulunun funksional xüsusiyyətləri və sistemdən istifadə qaydalarına dair məlumat verilib, bu məqsədlə hazırlanmış videotəlimat nümayiş etdirilib. İştirakçılara malın mənşə ölkəsini təsdiq edən sertifikatların əldə edilməsi ilə bağlı müraciətlərini “E-keyfiyyət.gov.az” platforması üzərindən həyata keçirmələri tövsiyə olunub.
Qeyd edək ki, “Mənşə sertifikatı” alt modulundan istifadəyə dair videotəlimat Agentliyin rəsmi “Youtube” kanalı (https://www.youtube.com/watch?v=ZUwJT2mODRg&t=89s) və “E-keyfiyyet.gov.az” informasiya sisteminin “Elektron xidmətlər” bölməsində (https://e-keyfiyyet.gov.az/e-services) yerləşdirilib.
Tərəflər əməkdaşlığın perspektiv istiqamətləri üzrə fikir mübadiləsi aparıblar
"Şimal-2"də 026-ci ilin sentyabr ayınadək 21,1 milyard kilovat/saat elektrik enerjisi hasil olunub
Bu gün Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası ixrac olunacaq