Azərbaycan Turizm Bürosunun iştirakı ilə Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçirilən “Kingdom Business & Luxury Travel Congress” (KBLT) tədbirində Azərbaycanın işgüzar turizm imkanları təqdim olunub.
“İki sahil” xəbər verir ki, tədbir çərçivəsində Səudiyyə Ərəbistanının işgüzar tədbirlər, korporativ və lüks səyahət seqmentləri üzrə aparıcı mütəxəssisləri və agentliklərinə Azərbaycanda irimiqyaslı konfransların və yüksək səviyyəli işgüzar tədbirlərin təşkili üçün mövcud infrastruktur və ölkəmizin ümumi turizm potensialı haqqında ətraflı məlumat verilib.
Qeyd edək ki, KBLT tədbirində 35 ölkədən 140 şirkət olmaqla, ümumilikdə 200 təmsilçi iştirak edir.
Xarici tələbin stimullaşdırılması iqtisadi artım üçün yeni imkanlar yarada bilər - Azərbaycanın mənzil bazarı
ADY sədri DYƏT ölkələrinin dəmir yolu rəhbərlərinin növbəti iclasında iştirak edib