Çin Xalq Respublikasında səfərdə olan Yeni Azərbaycan Partiyasının (YAP) nümayəndə heyəti 13-16 sentyabr tarixlərində Çjetsyan vilayətinin paytaxtı Hancou şəhərindəki Çin Kommunist Partiyası vilayət komitəsinin partiya məktəbində bu ölkənin elmi-texniki nailiyyətləri və inkişaf təcrübəsinə həsr olunmuş seminarlara qatılıb.
Seminarlarda innovasiyalar tətbiq etməklə inkişaf strategiyalarının həyata keçirilməsi, idarəetmə sistemində islahatların dərinləşdirilməsi, rəqəmsal transformasiya və digər mövzular ətrafında elmi-nəzəri və praktik məsələlər diqqətə çatdırılaraq fikir mübadiləsi aparılıb.
Nümayəndə heyətinin, həmçinin Hancou Dəmiryolu Stansiyasının Sürətli Qatarlar Muzeyi, Qərbi Hancou Dəhlizinin Elmi və Texnoloji İnkişaf üzrə İnnovasiya Sərgi Zalı və Vətəndaş Xidməti Mərkəzini ziyarəti, eləcə də Sihu gölündə gəzintisi təşkil olunub.
Səfər sentyabrın 17-də başa çatıb.
Rəcəb Tayyib Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram VİDEO
Birinci vitse-prezident Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər
Ziyafət Əsgərov: Azərbaycan və Əlcəzair beynəlxalq arenada uğurla əməkdaşlıq edir