Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Monqolustanın ölkəmizdə fövqəladə və səlahiyyətli səfiri Qombosuren Munxbayar ilə görüşüb.
“İki sahil” xəbər verir ki, qonağı salamlayan nazir Məcnun Məmmədov Azərbaycanda aqrar sektora dövlət dəstəyi barədə ətraflı məlumat verib. O bildirib ki, ölkələrimiz etimada, qarşılıqlı hörmətə və davamlı inkişafa əsaslanan əməkdaşlığın gücləndirilməsində maraqlıdır. Nazir qeyd edib ki, bu baxımdan kənd təsərrüfatı sahəsində əməkdaşlıq xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Monqolustan ilə iqtisadi və ticarət əlaqələrinin gücləndirilməsinə yönəlmiş bütün təşəbbüsləri tam dəstəkləyir.
Görüşdə aqrar sahədə əməkdaşlığın və hüquq-müqavilə bazasının gücləndirilməsi, kənd təsərrüfatı üzrə birgə işçi qrupun yaradılması, heyvandarlıq sahəsində əməkdaşlıq perspektivləri və digər məsələlər müzakirə olunub.
Monqolustanın ölkəmizdə fövqəladə və səlahiyyətli səfiri Qombosuren Munxbayar ölkəsinin Azərbaycanla dost ölkə olduğunu və bütün sahələrdə tərəfdaşlığın inkişafında maraqlı olduğunu vurğulayıb. O, kənd təsərrüfatı sahəsində əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın mövcudluğunu qeyd edib. Tərəflər müzakirə olunan istiqamətlər üzrə qarşılıqlı maraqlı olduqlarını ifadə ediblər.
Görüş zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Tərəflər əməkdaşlığın perspektiv istiqamətləri üzrə fikir mübadiləsi aparıblar
"Şimal-2"də 026-ci ilin sentyabr ayınadək 21,1 milyard kilovat/saat elektrik enerjisi hasil olunub
Bu gün Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası ixrac olunacaq