Azərbaycan və Avropa İttifaqı (Aİ) yüksək səviyyəli iqtisadi işçi qrupu yaradacaqlar.
“İki sahil” xəbər verir ki, bu barədə Aİ-nin genişlənmə məsələləri üzrə komissarı Marta Kos iqtisadiyyat naziri Mikayıl Cabbarovla görüşünün nəticələrinə dair "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.
"Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovla aktiv müzakirə apardıq. Regionda (Cənubi Qafqazda - red.) sülh bazarlar, ticarət və investisiyalar üçün imkanlar açır. Bunlardan yararlanmaq üçün Yüksək Səviyyəli İqtisadi İşçi Qrupu yaratmağı razılaşdırdıq. Biz tərəfdaşlığımızı gücləndirməyə davam edəcəyik", - M.Kos yazıb.
Tərəflər əməkdaşlığın perspektiv istiqamətləri üzrə fikir mübadiləsi aparıblar
"Şimal-2"də 026-ci ilin sentyabr ayınadək 21,1 milyard kilovat/saat elektrik enerjisi hasil olunub
Bu gün Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası ixrac olunacaq