Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Agentliyi - AZPROMO ilə Dünya İqtisadi Forumu (WEF) arasında Assosiativ Mərkəz Tərəfdaşlıq (Üzvlük) Sazişi imzalanıb.
“İki sahil” xəbər verir ki, Bakıda keçirilən 1-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində baş tutan mərasimdə sənədi AZPROMO-nun İcraçı Direktoru Yusif Abdullayev və WEF-in Beynəlxalq Ticarət və İnvestisiyalar üzrə Siyasət və İcma rəhbəri Metyu Stepenson imzalayıb.
Bu saziş beynəlxalq ticarət və investisiya sahəsində əlaqələrin genişləndirilməsini və strateji əməkdaşlıq imkanlarının artırılmasını nəzərdə tutur.
Tərəflər əməkdaşlığın perspektiv istiqamətləri üzrə fikir mübadiləsi aparıblar
"Şimal-2"də 026-ci ilin sentyabr ayınadək 21,1 milyard kilovat/saat elektrik enerjisi hasil olunub
Bu gün Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası ixrac olunacaq