Çinin iqtisadi potensialı onun ikişafını təmin edir. Biz yeni texnologiyalarımızı ixrac etməklə tərəfdaşların da inkişafına nail olmaq və qarşılıqlı əməkdaşlığı davam etdirmək niyyətindəyik. Bu istiqamətdə geniş tədbirlər həyata keçiririk. Azərbaycan da Çinin yaxın tərəfdaşı və dostudur.
“İki sahil” xəbər verir ki, bu sözləri Çinin Azərbaycandakı səfiri Lu Meyin Bakıda keçirilən 1-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun panel müzakirəsində çıxışı zamanı deyib.
Səfir nəzərə çatdırıb ki, Azərbaycan Prezidentinin sentyabrın 3-də Çinə səfəri zamanı mühüm razılaşmalar əldə edilib.
“Bu razılaşmalar iki dövlət arasında gələcək faydalı əməkdaşlığın əsasını yaratdı. Çin Azərbaycanın həyata keçirdiyi Orta Dəhliz və onun seqmenti olan Zəngəzur dəhlizinin reallaşmasını dəstəkləyir. Çinin böyk istehsal və ixrac potensialı var. Bu potensial dünya bazarlarına çıxışı zərurətə çevirib və biz tranzit layihələri dəstəkləyirik. Orta Dəhliz fəaliyyətini davam etdirir və bunun gələcək inkişafına ümid edirik”, - deyə səfir bildirib.
Nazir Rəşad Nəbiyev Çinin Dövlət İnternet İnformasiya Ofisinin naziri ilə görüşüb
Neft Fondu birinci rübdə neft-qaz sazişlərindən 1,8 milyard manat gəlir əldə edib