Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin və Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının birgə təşkilatçılığı ilə Beynəlxalq Muğam Mərkəzində Üzeyir Hacıbəyli XVII Beynəlxalq Musiqi Festivalı çərçivəsində “Milli Musiqimizin Memarı” adlı konsert proqramı keçirilib.
Tədbirdən əvvəl məktəb şagirdlərinin rəsm əsərlərindən ibarət sərgiyə baxış keçirilib.
Konsertdə Bakı şəhəri uşaq musiqi və incəsənət məktəblərinin Respublika və beynəlxalq müsabiqələr laureatları tanınmış bəstəkarların əsərlərini ifa ediblər.
Sonda konsertdə iştirak edən musiqi məktəblərinin müəllimlərinə təşəkkürnamələr, şagirdlərə isə hədiyyələr təqdim olunub.
Seyid Əzim Şirvaninin anadan olmasının 190 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
Sumqayıtda Şuşa Bəyannaməsinin ildönümü və Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilib