Energetika naziri Pərviz Şahbazov Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru xanım Roland Praysın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
“İki sahil” xəbər verir ki, Azərbaycan ilə Dünya Bankı arasında enerji sahəsində əməkdaşlıq çərçivəsində icra olunan layihələrin gedişi və gələcək tərəfdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb. Ənənəvi və bərpa olunan enerji, elektroenergetika infrastrukturu, enerji səmərəliliyi, Azərbaycanın təşəbbüskarı olduğu “yaşıl enerji” dəhlizləri və digər potensial layihələr nəzərdən keçirilib. Layihələrin digər beynəlxalq maliyyə institutları ilə birgə maliyyələşdirilməsinin mövcud təcrübəsi və gələcək potensialı müzakirə edilib.
Tərəflər əməkdaşlığın perspektiv istiqamətləri üzrə fikir mübadiləsi aparıblar
"Şimal-2"də 026-ci ilin sentyabr ayınadək 21,1 milyard kilovat/saat elektrik enerjisi hasil olunub
Bu gün Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası ixrac olunacaq