ABŞ və Azərbaycan arasında Vaşinqtonda imzalanmış ikitərəfli saziş yalnız siyasi və strateji tərəfdaşlıq deyil, həm də enerji sahəsində yeni perspektivlər açıb.
“İki sahil” xəbər verir ki, bunu "Report"a açıqlamasında ABŞ-nin energetika naziri Kris Rayt bildirib.
"Azərbaycanın böyük enerji ehtiyatları var və hesab edirəm ki, Ermənistan və Azərbaycanı birləşdirə biləcək sərhədin cənubundakı dəhliz vasitəsilə ölkədən Avropaya daha çox təbii qaz çatdırmaq mümkündür. Bu, olduqca əhəmiyyətlidir. Azərbaycanın enerji resurslarının inkişafı və onların dünya bazarlarına, xüsusilə də Rusiyadan yan keçərək Avropa və Qərb bazarlarına çıxarılması, ölkələrimiz arasında gələcək əməkdaşlıq üçün geniş imkanlar yaradır", - nazir vurğulayıb.
Tərəflər əməkdaşlığın perspektiv istiqamətləri üzrə fikir mübadiləsi aparıblar
"Şimal-2"də 026-ci ilin sentyabr ayınadək 21,1 milyard kilovat/saat elektrik enerjisi hasil olunub
Bu gün Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası ixrac olunacaq