Bu ilin yanvar-avqust aylarında "AzerGold" QSC 148 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib.
"İki sahil" bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı"nın sentyabr buraxılışına istinadən xəbər verir.
Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 75 milyon ABŞ dolları və ya 2,03 dəfə çoxdur.
Xatırladaq ki, 8 ay ərzində Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 10,3 % artaraq 2,4 milyard ABŞ dolları təşkil edib.
MDB İqtisadi Şurası 2030-cu ilədək əməkdaşlığın prioritet istiqamətlərini müzakirə edib
Aerokosmik sistemlərin təhlükəsizlik səviyyəsinin yüksəldilməsi üçün data əsaslı süni intellekt texnologiyaları böyük perspektivlər açır