Bu ilin yanvar-avqust aylarında "Azərbaycan Dəmir Yolları" QSC (ADY) 1,5 milyon ABŞ dolları dəyərində xidmət ixrac edib.
“İki sahil” xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı"nın sentyabr sayında qeyd edilir.
Bu, 2024-cü ilin ilk 8 ayı ilə müqayisədə 1 milyon 233 min ABŞ dolları və ya 5,6 dəfə çoxdur.
Xatırladaq ki, 2024-cü ilin yanvar-avqust aylarında ADY-nin ixrac gəlirləri 266,3 min ABŞ dolları təşkil edir.
Xatırladaq ki, 8 ay ərzində Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 10,3 % artaraq 2,4 milyard ABŞ dolları təşkil edib.
Tərəflər əməkdaşlığın perspektiv istiqamətləri üzrə fikir mübadiləsi aparıblar
"Şimal-2"də 026-ci ilin sentyabr ayınadək 21,1 milyard kilovat/saat elektrik enerjisi hasil olunub
Bu gün Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası ixrac olunacaq