Azərbaycan Asiya İnkişaf Bankı (ADB) ilə "AZCON Holding"ə daxil olan şirkətlərin özəlləşdirilməsi istiqamətində görüləcək işlər və strateji layihələrə özəl sektorun cəlb olunması məsələlərini müzakirə edib.
"İki sahil" Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə istinadən xəbər verir ki, müzakirələr nazir Rəşad Nəbiyevin ADB-nin bazar həlləri üzrə vitse-prezidenti Barqav Dasqupta ilə görüşü zamanı baş tutub.
Tərəflər həmçinin "Hökumət buludu", hava, metro, dəmir yolu və avtomobil nəqliyyatı sahələri üzrə tərəfdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparıb.
MDB İqtisadi Şurası 2030-cu ilədək əməkdaşlığın prioritet istiqamətlərini müzakirə edib
Aerokosmik sistemlərin təhlükəsizlik səviyyəsinin yüksəldilməsi üçün data əsaslı süni intellekt texnologiyaları böyük perspektivlər açır