Azərbaycanda səfərdə olan “Masdar” şirkətinin Biznes və Layihə İnkişafı üzrə direktoru Abdulla Zayedin rəhbərlik etdiyi nümayəndə heyəti ilə “AzərEnerji” ASC-nin sədri Baba Rzayevin başçılıq etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.
“İki sahil” xəbər verir ki, görüş zamanı əməkdaşlığın mövcud vəziyyəti və gələcək inkişaf perspektivləri müzakirə olunub.
Həmçinin ümumi qoyuluş gücü 1000 MVt olan Bankə, Biləsuvar və Qaradağ günəş və külək elektrik stansiyaları layihələri ilə bağlı fikir mübadiləsi aparılıb.
MDB İqtisadi Şurası 2030-cu ilədək əməkdaşlığın prioritet istiqamətlərini müzakirə edib
Aerokosmik sistemlərin təhlükəsizlik səviyyəsinin yüksəldilməsi üçün data əsaslı süni intellekt texnologiyaları böyük perspektivlər açır