Bu ilin yanvar-sentyabr aylarında Dövlət Neft Fondundan (ARDNF) dövlət büdcəsinə transfertlər 10 milyard 860,7 milyon manat təşkil edib.
"İki sahil" bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 13,3 % çoxdur.
Xatırladaq ki, bu il ARDNF büdcəyə 14 milyard 481 milyon manat vəsait köçürməlidir. Beləliklə, 9 aylıq ödəniş tam icra edilib.
Arıçılıq Məhsullarının 26-cı Respublika Sərgi-Satış Yarmarkasında iştirak üçün qeydiyyat başlayır
Kreditinizi “Birbank”a gətirin 80 000 manatadək məbləği 6%-dək güzəştlə əldə edin