Argentinanın “Boka Xuniors” klubunun baş məşqçisi Migel Anxel Russo vəfat edib.
“İki sahil” xəbər verir ki, bu barədə klubun yaydığı açıqlamada bildirilib.
M.Russo 69 yaşında dünyasını dəyişib.
“Migel klubumuzun tarixində silinməz iz buraxdı və hər zaman sevincin, səmimiyyətin və zəhmətkeşliyin nümunəsi olaraq qalacaq. Bu kədərli anda onun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk”, – deyə klubun açıqlamasında qeyd olunub.
Bu yay “Boka”ya baş məşqçi təyin edilən Ruso bu həftə səhhətindəki problemlərlə əlaqədar xəstəxanaya yerləşdirilmişdi.
Futbolçu karyerası ərzində Ruso bütün oyunlarını “Estudiyantes” klubunda keçirib və 418 matçda meydana çıxıb. O, 1989-cu ildə məşqçiliyə başlayıb və “Lanus”, “Veles”, “San-Lorenso”, “Əl-Nəsr”, “Millonarios”, “Estudiyantes” və “Boka Xuniors” kimi klublarda çalışıb.