Bakıda keçirilən "Women in Cyber - Qadınların səsi, kibertəhlükəsizlikdə dayanıqlığın güclənməsi" mövzusunda beynəlxalq konfrans çərçivəsində "Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası" (AKTA) İctimai Birliyi ilə "Femmes Digitales" təşkilatı arasında Anlaşma Memorandumu imzalanıb.
“İki sahil” xəbər verir ki, memorandumu assosiasiyanın icraçı direktoru Rauf Cabbarov ilə "Femmes Digitales"ın təsisçisi və sədri Jana Krımpe imzalayıblar.
Tədbiri "Femmes Digitales – Supporting Women in Tech" İctimai Birliyi və Estoniyanın Elektron Hökumət Akademiyası (e-Governance Academy, eGA) təşkil edib və "Critical Infrastructure Defence Challenge 2025" (CIDC-2025) beynəlxalq kiberfestivalı çərçivəsində keçirilir.
Konfransın əsas tərəfdaşları kimi Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və AKTA çıxış edir.
Qusar rayonu üzrə 22 428 hektar əkin sahəsi Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində bəyan edilib
Neft Fondunun 2026-cı il üçün büdcə layihəsinin Prezidentə təqdim olunmasına qərar verilib