11 oktyabr 2025 13:25
249

"Abşeron" klubu yeni transferini açıqlayıb

"Abşeron"un qadınlardan ibarət komandası yeni transferini açıqlayıb.

Klubdan “İki sahil”ə verilən məlumata görə, paytaxt təmsilçisi Rusiya əsilli Arina Elizarovanı sıralarına cəlb edib.

Voleybolçu ilə birillik müqavilə imzalanıb.