İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti "Makine ve Kimya Azerbaijan" MMC-ni dövlət qeydiyyatına alıb.
“İki sahil” nazirliyə istinadən xəbər verir ki, yeni şirkətin hüquqi ünvanı Bakı şəhəri, Səbail rayonu, Zərifə Əliyeva, 103, nizamnamə kapitalı 1 000 000 manat, qanuni təmsilçisi isə Türkiyə vətəndaşı İlhami Keleşdir.
O həm də Türkiyənin aparıcı müdafiə sənayesi şirkəti "Makine ve Kimya Endüstrisi A.Ş"nin Direktorlar Şurası sədrinin müavinidir.
MDB İqtisadi Şurası 2030-cu ilədək əməkdaşlığın prioritet istiqamətlərini müzakirə edib
Aerokosmik sistemlərin təhlükəsizlik səviyyəsinin yüksəldilməsi üçün data əsaslı süni intellekt texnologiyaları böyük perspektivlər açır