Prezidentin Davamlı İnkişaf üzrə Xüsusi Nümayəndəsi Boris Titov bildirib ki, Rusiya CO2 emissiyalarını azaltmaq üçün yeni xarici stimullarla üzləşəcək - bu dəfə Çin və Hindistan tərəfindən.
“İki sahil” xəbər verir ki, bu fikirləri TASS-a Rusiya prezidentin Davamlı İnkişaf üzrə Xüsusi Nümayəndəsi Boris Titov bildirib.
O, bəyan edib ki, Rusiyanın ən böyük ticarət tərəfdaşları olan bu ölkələr 2030-cu ildən sonra özlərinin karbon vergisini tətbiq etmək niyyətindədirlər ki, bu da Rusiya sənayesinə ciddi təsir göstərəcək.
"İri şirkətlər əvvəllər Nyu-Yorkdan ucuz kreditlər üçün ESG standartlarına əməl etsələr də, indi Çin və Hindistandan nümunə götürərək karbon izlərini azaltmaq üçün mübarizə aparmalı olacaqlar. Onlar 2026-cı ildə qüvvəyə minəcək Avropaya bənzər karbon vergisi sisteminə qoşulacaqlar. Və bu, ticarətimizin üçdə ikisini təşkil edir", - deyə, o, bildirib.
O vurğulayıb ki, qlobal siyasi dəyişikliklərə baxmayaraq, davamlı inkişaf gündəliyi Rusiya üçün prioritet olaraq qalacaq.